BAKI, 18 yanvar — Sputnik. Yanvarın 18-də Naxçıvan seysmoloji stansiyasından 100 kilometr cənub-qərbdə - Türkiyə-İran sərhədində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 14:08-də qeydə alınan zəlzələnin ocağı 2 kilometr dərinlikdə yerləşib.
Maqnitudası 5.9-a bərabər olan zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub.
Xatırladaq ki, ötən həftə Gürcüstan-Azərbaycan sərhədində də zəlzələ olub. Təkanlar yerli vaxtla saat 12:36-da Zaqatala stansiyasından 29 km şimal-qərbdə Gürcüstan-Azərbaycan sərhəddində qeydə alınıb.
Zəlzələ epsentirdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub.