BAKI, 18 yanvar - Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskə gəlib. RİA Novosti xəbər verir ki, cümə axşamı günü nazir Rusiya və Belarus Xarici İşlər nazirliklərinin kollegiyasının birgə iclasında iştirak edəcək.
Sergey Lavrovun Belarus prezidenti Aleksandr Lukaşenko ilə də görüşü və belaruslu həmkarı Sergey Aleyniklə danışıqları nəzərdə tutulub.
Qeyd olunur ki, iki ölkənin diplomatik idarələrinin kollegiyalarının birgə iclasları 2000-ci ildən hər il keçirilir.
Rusiya Xarici İşlər Nazirliyi və Belarus Xarici İşlər Nazirliyi kollegiyalarının əvvəlki birgə iclası 2021-ci ilin noyabrında Moskvada keçirilib.