BAKI, 18 yanvar — Sputnik. Kreml Kiyevin danışıqlara hazır olması barədə bəyanatına cavab verib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna qanunvericiliyi danışıqları istisna edir.
KİV-in məlumatına görə, Volodimir Zelenskinin sözçüsü daha əvvəl Ukraynanın danışıqlardan imtina etmədiyini bildirsə də, bu danışıqların müəyyən prinsiplərə, o cümlədən təzminat məsələsinə əsaslanmalı olduğunu bildirmişdi.
"Hüquqi baxımdan, Ukrayna qanunvericiliyi üçün danışıqlar imkanını istisna edir", - deyə Kremlin sözçüsü təzminat tələbinin Rusiya üçün məqbul olub-olmaması barədə sualı cavablandırıb.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.