RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Nebenzya: Rusiya Ukraynanı bir dövlət kimi məhv etməyi qarşısına məqsəd qoymayıb

Rusiya Federasiyasının daimi nümayəndəsi həmçinin qeyd edib ki, Ukrayna müasir Avropanın hələ görmədiyi konfessiyalararası münaqişə astanasındadır.
Sputnik
BAKI, 18 yanvar — Sputnik. Rusiya Ukraynada antixristian, rusofob və nifrət diktaturasının formalaşmasına dözməyəcək. Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.
"Ukraynada avtoritarizm və diktaturanın formalaşması tendensiyaları xüsusi hərbi əməliyyatdan xeyli əvvəl başlayıb. Kiyev rejiminin bu hərəkətləri birbaşa olaraq sülh və təhlükəsizliyi təhdid edir", - Nebenzya bildirib.
Diplomat bildirib ki, Rusiya Ukraynanı bir dövlət kimi məhv etməyi qarşısına məqsəd qoymur və heç vaxt da qoymayıb:

"Lakin biz sərhədlərimizin yaxınlığında nifrət, rusofob və antixristian diktaturasının formalaşması faktı ilə barışa bilmərik və barışmayacağıq", - o vurğulayıb.

Rusiya Federasiyasının daimi nümayəndəsi həmçinin qeyd edib ki, Ukrayna müasir Avropanın hələ görmədiyi konfessiyalararası münaqişə astanasındadır.
"Kiyevin repressiv siyasətinin növbəti istiqaməti onun müqəddəs pravoslavlıqla müharibəsi olub. Ukrayna özünü müasir Avropa tarixinin hələ görmədiyi genişmiqyaslı konfessiyalararası münaqişə astanasında tapıb", - Nebenzya deyib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.