RUSİYA

Lavrov yanvarın 20-də BQXK prezidenti ilə danışıqlar aparacaq - XİN

Hazırkı səfər Spolyariçin 2022-ci il oktyabrın 1-də BQXK-nın prezidenti vəzifəsinə başlamasından sonra Rusiyaya ilk səfəridir.
Sputnik
BAKI, 18 yanvar - Sputnik. Yanvarın 20-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Mirjana Spolyariç ilə danışıqlar aparacaq. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Yanvarın 20-də Rusiya Federasiyasının Xarici İşlər Naziri Lavrovun Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Mirjana Spolyariç ilə görüşü planlaşdırılır”, - deyə nazirliyin açıqlamasında bildirilir.
Bildirilir ki, 2022-ci il oktyabrın 1-də BQXK-nın prezidenti vəzifəsinə başlayan Spolyariç yeni vəzifəsində ilk dəfə Rusiyaya səfər edəcək.
Nazirlikdən onu da qeyd ediblər ki, Moskva Komitə ilə qarşılıqlı fəaliyyət məsələləri üzrə konstruktiv müzakirəyə ümid edir, ilk növbədə Ukrayna böhranının humanitar aspektləri kontekstində.
“Səfər zamanı Spolyariç Rusiyanın bir sıra digər departamentlərinin nümayəndələri ilə də görüşəcək. BQXK ilə əməkdaşlığı daha da gücləndirmək əzmindəyik”, - deyə Nazirliyin məlumatında qeyd olunur.