TƏHSİL

Azərbaycanda təhsil alan xarici tələbələrin sayı açıqlanıb

Xaricdə təhsil alan gənclərin 35,0 faizi Bakı, 65,0 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır.
Sputnik
BAKI, 18 yanvar — Sputnik. Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə yanaşı 96 xarici ölkədən 7,1 min tələbə də təhsil alır.
Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Pakistan İslam Respublikası, Gürcüstan, Hindistan, İraq, Suriya Ərəb Respublikası və Nigeriya vətəndaşları üstünlük təşkil edirlər.
2022/2023-cü tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 1004 nəfər təşkil edib.
Xaricdə təhsil alan gənclərin 35,0 faizi Bakı, 65,0 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır.
Tələbələrin əksəriyyəti Türkiyə, Macarıstan, Rusiya və Çin Xalq Respublikasının ali təhsil müəssisələrində təhsil alır.
Məlumat üçün qeyd edək ki, 2022-2026-cı illər "Xaricdə təhsil" proqramı ilə iki min azərbaycanlı gəncin isə xaricdə təhsil almağa göndərilməsi nəzərdə tutulur.