RUSİYA

Yanacaq-enerji kompleksi Rusiya iqtisadiyyatının əsas hissələrindən biri olaraq qalır

Mişustin qeyd edib ki, enerji sahələrinin cari çağırışlara necə reaksiya verdiyini aydın şəkildə anlamaq vacibdir.
Sputnik
BAKI, 17 yanvar — Sputnik. Yanacaq-enerji kompleksi Rusiya iqtisadiyyatının əsas hissələrindən biri olaraq qalır, onun hazırkı çağırışlara reaksiyasını anlamaq və bunun əsasında inkişafı planlaşdırmaq vacibdir.
Bunu Rusiyanın baş naziri Mixail Mişustin deyib.
"Yanacaq-enerji kompleksi Rusiya iqtisadiyyatının əsas hissələrindən biri olaraq qalır. Təbii ki, enerji sahələrinin cari çağırışlara necə reaksiya verdiyini aydın şəkildə anlamaq vacibdir. Buna əsaslanaraq sektorun gələcək inkişafını planlaşdırmaq lazımdır", - deyə Mişustin bildirib.
Onu da xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq ediblər. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
RF Prezidentinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyadan sərt şəkildə təcrid etmək olmaz.