BAKI, 17 yanvar — Sputnik. Vaşinqton və Brüsselin Rusiyanı təcrid etmək planı iflasa uğrayıb. Beynəlxalq aləmdə çoxqütblülük tələbi var.
Bunu Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bəyan edib.
"Vaşinqton və Brüsselin Rusiyanı təcrid etmək planı iflasa uğradı. Beynəlxalq aləmdə çoxqütblülük və ədalətli dünya nizamı tələbi var. Bizim digər ölkələrlə münasibətləri inkişaf etdirməklə bağlı yanaşmalarımız qarşılıqlı hörmət, suveren dövlətlərin işləri müdaxilə etməmək və qarşılıqlı faydalı əməkdaşlıq haqqında münasibət prinsiplərinə əsaslanır", - deyə o, çərşənbə axşamı keçirilən plenar iclasda bildirib.
Çərşənbə axşamı Dövlət Dumasında 2023-cü ilin ilk plenar iclası başlayıb və yaz sessiyası açılıb.
Yaz sessiyasının ilk iclası Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin və Duma fraksiyalarının rəhbərlərinin çıxışı ilə başlayıb. Gündəliyə qanun layihəsi çıxarılıb. Ona əsasən, hökumətin Rusiyanın elmi və texnoloji inkişafının proqnozunu təsdiqləmək səlahiyyətlərinin Prezident yanında Elm və Təhsil Şurasına, işlənib hazırlanması və tənzimlənməsi qaydasının müəyyən edilməsi səlahiyyətlərinin isə - şəxsən prezidentə verilməsi təklif olunub.
Həmçinin, plenar iclasda deputatlar yaz sessiyasının qanunvericilik işlərinin proqramını və yanvar ayı üzrə məsələlərə baxılması təqvimini təsdiq etməlidirlər.