HADİSƏ

Sərxoş piyada yolda uzandı, avtomobil onun üzərindən keçərək öldürdü - Faciə

1984-cü il təvəllüdlü Novruzov Yaşar Ramiz oğlu yola çıxaraq avtomobillərin hərəkət zolağında yerə uzanıb.
Sputnik
BAKI, 17 yanvar — Sputnik. Salyan rayonunda magistral yolun üzərində uzanan şəxsi avtomobil vuraraq öldürüb. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, ötən gün saat 23 radələrində 1984-cü il təvəllüdlü Novruzov Yaşar Ramiz oğlu yola çıxaraq avtomobillərin hərəkət zolağında yerə uzanıb.
Həmin vaxt naməlum avtomobil Y.Novruzovun üzərindən keçərək onu öldürüb. Sürücü hadisə yerindən qaçıb.
Hadisə baş verən zaman Y.Novruzovun sərxoş vəziyyətdə olduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanılıb.