BAKI, 17 yanvar - Sputnik. Dünya bazarlarında neft qiymətləri dəyişkənlik göstərir.
Çində iqtisadi artımın zəif olması neft bazarında dalğalanma yaradıb. Eyni zamanda 2022-ci ilin sonunda pandemiya ilə mübarizədə karantin tədbirlərinin yumşaldılması da bu il ölkənin yanacaq tələbatının bərpası ümidlərini dəstəkləyir. İnvestorlar həmçinin Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) bu gün açıqlanacaq hesabatını gözləyir.
"Brent" markalı neftin qiyməti 16 sent və ya 0,2% artaraq 84,62 dollar olub. ABŞ-ın Qərbi Texas neftinin qiyməti isə 60 sent və ya 0,8% ucuzlaşaraq 79,26 dollar təşkil edib.
Azərbaycan neftinin qiyməti də 0,91 ABŞ dolları, yaxud 1% azalaraq 90,35 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.