İran İslam Respublikasının bəzi yaşayış məntəqələrində hava mənfi 27 dərəcə qədər soyuyub. Havanın temperaturunun kəskin aşağı düşməsi səbəbindən minlərlə bina qaz istiliyindən məhrum qalıb. Xüsusilə, İranın şimal-şərqindəki Rəzəvi Xorasan əyalətində 90 min nəfərin qaz təchizatı dayandırılıb.
Lorestan əyalətində bütün dövlət qurumları bağlanıb, Gilan əyalətində isə şirkət və bankların ofisləri fəaliyyətini dayandırıb.
İran hakimiyyəti Tehran vilayətindəki bütün məktəblərin, dövlət qurumlarının və bəzi özəl müəssisələrin bağlanmasına çağırıb.