CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda sürüşmə sahələrinin sayı açıqlandı

Əli Əliyev bildirib ki, il ərzində vətəndaşlardan sürüşmələrlə bağlı 300-dən artıq müraciət qəbul edilib.
Sputnik
BAKI, 17 yanvar — Sputnik. "Ölkə ərazisində 99 lokal sürüşmə zonası təsbit edilib və xəritələnib. Onlardan 42-si davamlı monitorinqə cəlb edilir".
Bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev jurnalistlər üçün keçirilən brifinqdə deyib. O bildirib ki, il ərzində vətəndaşlardan sürüşmələrlə bağlı 300-dən artıq müraciət qəbul edilir:
"Paytaxt ərazisində sonuncu monitorinq dünən həyata keçirilib. Hazırda vəziyyət stabildir. Ölkə ərazisində sürüşmə hadisələrinin dinamikası azalıb. Son illərdə sürüşmə ərazilərində istinad divarları tikilməkdədir. Qaraçuxurda bu yolla demək olar ki, sürüşmələrin qarşısı alınıb. Badamdar ərazisində də istinad divarlarının inşası prosesi davam etdirilir".