CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polis motosiklet oğrusunu saxladı

Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini K.Aliyevə məxsus "Minsk" markalı motosikletin qaçırılması barədə polisə məlumat daxil olub.
Sputnik
BAKI, 16 yanvar — Sputnik. Bakıda axtarışda olan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini K.Aliyevə məxsus "Minsk" markalı motosikletin qaçırılması barədə polisə məlumat daxil olub.
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qusar rayon sakini, əvvəllər məhkum olunmuş Rakim Babaliyev saxlanılıb.
Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə axtarışda olması da məlum olub.