AZƏRBAYCAN XƏBƏRLƏRİ

Ödəmə terminallarından pul oğurlayan şəxs saxlanılıb

Tovuz rayonunun Əyyublu və Aşağı Quşçu kəndindəki ödəmə terminalından pul oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini Qəzənfər Babayev müəyyən olunaraq saxlanılıb.
Sputnik
BAKI, 16 yanvar — Sputnik. Tovuzda ödəmə terminallarından 20 min manata yaxın pul oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tovuz rayonunun Əyyublu kəndindəki bir mağazadan 200 manat dəyərində tütün məmulatı və orada quraşdırılan ödəmə terminalından 1229 manat pul, Aşağı Quşçu kəndində isə digər mağazada quraşdırılan ödəmə terminalından 17.563 manat pul oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini Qəzənfər Babayev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.