RUSİYA

Novak rəqəmləri açıqladı: Rusiyanın neft-qaz sahəsindən gəlirləri artıb

Baş nazir müavini bildirib ki, 2022-ci ilin yekunlarına əsasən, Rusiya yanacaq-enerji kompleksi xarici çağırışlara və dost olmayan ölkələrin hərəkətlərinə baxmayaraq, sabit iş nümayiş etdirib.
Sputnik
BAKI, 16 yanvar — Sputnik. Rusiyada mayeləşdirilmiş təbii qazın istehsalı ötən il 8% artaraq 46 milyard kubmetrə çatıb. Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak hökumətin sədri Mixail Mişustin ilə görüşdə bildirib.
"Şimal axını" və "Şimal axını-2" qaz kəmərlərində sanksiya məhdudiyyətləri və təxribatlar nəticəsində boru kəməri ilə qazın ixracı azalıb. Eyni zamanda, mayeləşdirilmiş qazın istehsalında və ixracında 8% artım təmin edilib ki, bu da ildə 46 milyard kubmetrə çatıb", - deyə Novak qeyd edib.
Baş nazir müavini bildirib ki, 2022-ci ilin yekunlarına əsasən, Rusiya yanacaq-enerji kompleksi xarici çağırışlara və dost olmayan ölkələrin hərəkətlərinə baxmayaraq, sabit iş nümayiş etdiriblər.
"Sanksiya məhdudiyyətlərinə, xarici çağırışlara və dost olmayan ölkələrin hərəkətlərinə baxmayaraq, 2022-ci ilin yekunlarına əsasən, Rusiyanın yanacaq-enerji kompleksi istehlakçıların - sənaye və əhalinin lazımi enerji resursları ilə təmin edilməsi üzrə etibarlı davamlı iş təmin edib", - deyə diplomat iclas zamanı deyib.
O, həmçinin qeyd edib ki, elektrik enerjisi, neft və kömür sənayesində 2022-ci ilin yekunları üzrə göstəricilərdə artım qeydə alınıb.
Novak bildirib ki, 2022-ci ildə Rusiya büdcəsinin neft-qaz sahəsindən gəlirləri 28% və ya 2,5 trilyon rubl artıb.
Diplomat qeyd edib ki, ötən ilin nəticələrinə görə, Rusiyadan kömür ixracı 7,6% azalıb, daxili bazara tədarük isə 6,8% artıb.
"İxrac tədarükü 7,6% olaraq bir qədər azalıb. Daxili bazara tədarük isə 6,8% artaraq enerji və mənzil-kommunal təsərrüfatı müəssisələrinin, eləcə də ölkə vətəndaşlarının tələbatını tam təmin edib", - deyə o, 2022-ci ildə kömür sahəsinin göstəricilərindən danışarkən deyib.
Aleksandr Novak 2022-ci ildə "Sibirin Gücü" təbii qaz boru kəməri ilə Rusiyadan Çinə qaz nəqlinin rekord həddə - 15,5 milyard kubmetrə çatdığını da vurğulayıb.
"Çin Xalq Respublikasına "Sibirin Gücü" ilə tədarüklər artırılıb. Qaz tədarükləri rekord 15,5 milyard kubmetr təşkil edib", - deyə diplomat hökumət iclası zamanı bildirib.
Novak həmçinin qeyd edib ki, ötən ildə Rusiyada elektrik enerjisinin istehlakı 1,5% artıb.
"Elektrik enerjisi istehlakında artım 1,5% təşkil edib. İstehlakda əsas artım neftin nəqli və hasilatında, dəmir yolu ilə daşımada, alüminium sənayesində qeydə alınıb", - deyə diplomat vurğulayıb.