AZƏRBAYCAN XƏBƏRLƏRİ

Milli Məclisinin deputatları tətildən qayıtdılar

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətil müddəti yanvarın 15-dək davam etməlidir.
Sputnik
BAKI, 16 yanvar — Sputnik. Bu gündən Azərbaycan Milli Məclisinin deputatları tətildən qayıdıblar.
Qanunverici orqanın üzvlərinin tətili dekabrın 30-dan yanvarın 16-dək davam edib.
Belə ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətil müddəti yanvarın 15-dək davam etməlidir. Yanvarın 15-i isə bazar gününə təsadüf etdiyindən deputatlar bu gündən işə çıxacaqlar.
Qeyd edək ki, Milli Məclis hər il yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir. Fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya həmin gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.
Azərbaycan Milli Məclisinin yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək. Toplantıda qanunverici orqanın yaz sessiyası üçün işlər planı və digər məsələlər müzakirəyə çıxarılacaq.