HADİSƏ

Gəncədəki kollecdə yanğının ilkin səbəbi bilinib

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Sputnik
BAKI, 16 yanvar - Sputnik. Gəncə şəhəri, Şahsevənlər küçəsində yerləşən Gəncə Dövlət Universitetinin Regional Kollecində baş verən yanğınla bağlı araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
İlkin araşdırma zamanı hadisənin qısaqapanma nəticəsində baş verməsi, yaranmış tüstüdən 14 nəfərin zəhərlənməsi müəyyən edilib. Hazırda həmin şəxslərin vəziyyəti stabil və qənaətbəxşdir.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.