BAKI, 16 yanvar — Sputnik. Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olacaq.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, liderlərin danışığı günün ikinci yarısında baş tutacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, hamı Rusiyaya “hücum” etsə də, Türkiyə Rusiya lideri Vladimir Putinlə münasibətləri qoruyub saxlayıb.
Türkiyə rəsmi səviyyədə dəfələrlə bəyan edib ki, Rusiyaya qarşı sanksiyalara qoşulmaq niyyətində deyil.
”Hamı Rusiyaya hücum edərkən, biz bunu etmədik, əksinə, cənab Putinlə münasibətlərimizi əvvəlki qaydada saxladıq”, - deyə Ərdoğan Muğlada gənclərlə görüşdə deyib.