AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanda zəlzələ olub

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 16:09-da Qobustan stansiyasından 13 km şimal-qərbdə Qobustan rayonunda zəlzələ qeydə alınıb.
Sputnik
BAKI, 16 yanvar — Sputnik. Qobustanda zəlzələ baş verib.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.
Qeyd edilib ki, Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yerli vaxtla saat 16:09-da Qobustan stansiyasından 13 km şimal-qərbdə Qobustan rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Zəlzələnin maqnitudası 3.1, dərinliyi 7 km olub.