İQTİSADİYYAT

Azərbaycanda elektrik enerjisinin istehsalı artıb - nazir rəqəmləri açıqladı

Yanvar-dekabr aylarında istilik elektrik stansiyaları üzrə 2 milyard 7043,3 milyon kVt/s, su da daxil olmaqla bərpa olunan mənbələrdən 1 milyard 945,2 milyon kVt/s elektrik enerjisi istehsal edilib.
Sputnik
BAKI, 16 yanvar — Sputnik. 2022-ci ildə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 4% artaraq 28 milyard 988,5 milyon kVt/s təşkil edib.
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün "Twitter" hesabında məlumat verib.
"Yanvar-dekabr aylarında istilik elektrik stansiyaları üzrə 2 milyard 7043,3 milyon kVt/s, su da daxil olmaqla bərpa olunan mənbələrdən 1 milyard 945,2 milyon kVt/s elektrik enerjisi istehsal edilib", - deyə nazir əlavə edib.
Onun sözlərinə görə, ölkədə elektrik enerjisinin ixracı 3 milyard 003,8 milyon kVt/s, idxal isə 137,1 milyon kVt/s olub.