BAKI, 15 yanvar - Sputnik. Ölkədə kəskin respirator infeksiyaların kəskin artması ilə əlaqədar qriplə mübarizə mövzusu yenidən aktuallaşır. Mütəxəssislərin fikrincə, qripin indiki növü təhlükəlidir, çünki xəstəlik uğurla mutasiyaya uğrayır və uzun müddət davam edir.
Eyni zamanda, ekspertlər hesab edir ki, son 3 ildə əhali arasında infeksiyadan qorunmaq üçün “koronavirus davranışı” formalaşıb - yəni, təmasların sayını məhdudlaşdırmaq, qapalı yerlərdə, ictimai nəqliyyatda maska taxmaq, əl gigiyenasına riayət etmək, otaqları tez-tez havalandırmaq, düzgün qidalanma və sağlam həyat tərzi vərdişləri.
Qripə qarşı peyvənd risk qrupuna daxil olan şəxslərə tövsiyə olunur.
Tanınmış infeksionist, Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının dosenti Gülnarə İbrahimova “yeni” qriplə necə mübarizə aparmalı və ondan qorunmaq üçün hansı profilaktik tədbirlərin görülməli olduğu barədə 16 yanvar saat 12.00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində məlumat verəcək.
Tədbir Sputnik Azərbaycan-ın "Facebook"* səhifəsində canlı yayımlanacaq.
https://www.facebook.com/SputnikAze/
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.