BAKI, 15 yanvar - Sputnik. Ukrayna Silahlı Qüvvələri hazırda Artyomovskdan (Baxmut) daha da geri çəkilmək imkanlarını öyrənir. Bu barədə “The Washington Post” məlumat yayıb.
İlkin məlumatlara görə, Ukrayna tərəfi şəhərə nə qədər qüvvə göndərilməsi ilə bağlı çətin qərar qarşısındadır.
“Şəhəri müdafiə edən çoxlu dostumuzu itirdik, ona görə də indi ondan imtina etmək istəmirik. Amma ola bilsin ki, qoşunların müvəqqəti çıxarılması insanlarımızın bir hissəsini xilas edəcək”, - deyə "WP" Ukrayna ordusunun komandirlərindən birinə istinadən bildirib.
Mənbənin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin bölmələri Artemovskda xeyli itki ilə üzləşib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.