DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Sentyabrda Belarusda KTMT-nin üç təlimi keçiriləcək - Təhlükəsizlik Şurası

Belarus ölkə ərazisində KTMT-nin bir sara təlimlərinin keçiriləcəyini elan edib.
Sputnik
BAKI, 15 yanvar - Sputnik. Sentyabrda Belarusda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Kollektiv Çevik Cavab Qüvvələri (KÇCQ), kəşfiyyat və logistika bölmələrinin təlimləri keçiriləcək. Bu barədə Belarus Təhlükəsizlik Şurası dövlət katibinin birinci müavini Pavel Muraveyko məlumat verib.
“Hərbi tərəfdən: Təşkilatın hər il keçirdiyi 4 təlimdən üçünün ölkəmiz ərazisində keçirilməsi planlaşdırılır. Bu, kollektiv çevik reaksiya qüvvələrinin "Qarşılıqlı fəaliyyət", kəşfiyyat bölmələrinin "Axtarış", arxa cəbhə qüvvələrinin "Eşelon" təlimləridir. Bütün bunlar sentyabrda ölkəmizin ərazisində baş verəcək”, - deyə Muraveyko bazar günü STV kanalına müsahibəsində bildirib.
O həmçinin qeyd edib ki, 2023-cü ildə Minskin təşkilata sədrliyi dövründə Belarus “Avrasiya təhlükəsizliyi üzrə beynəlxalq konfransın keçirilməsi, xarici işlər nazirləri, müdafiə nazirləri, həmçinin KTMT - Çin xətti üzrə Təhlükəsizlik Şurasının katibləri səviyyəsində kifayət qədər geniş dialoqun keçirilməsi planlaşdırılır.