BAKI, 15 yanvar - Sputnik. Rusiya səfirliyi təyyarədə olan rusların ölümü ilə əlaqədar Nepal hakimiyyəti ilə əlaqə saxlayır. Bunu Rusiyanın Nepaldakı səfiri Aleksey Novikov bildirib.
"Təyyarədə 4-ü rusiyalı olmaqla 72 nəfər olub. Nepal tərəfinin məlumatına görə, onların hamısı ölüb. Səfirlik yerli səlahiyyətli orqanlarla sıx əlaqə saxlayır”, - deyə səfir "Rossiya 24" telekanalının efirində bildirib.
Bazar günü Katmandudan uçan Yeti Hava Yollarına məxsus ATR 72 turbovintli sərnişin təyyarəsi köhnə və yeni Pokxara hava limanı arasında qəzaya uğrayıb.
Aviaşirkət nümayəndəsinin sözlərinə görə, təyyarədə 68 sərnişin və 4 ekipaj üzvü olub.
"Nepalda qəzaya uğrayan Yeti Hava Yollarına məxsus təyyarənin göyərtəsində olan 72 nəfərin hamısı həlak olub", - deyə aviaşirkətinin nümayəndəsi Pemba Şerpa RİA Novosti-yə bildirib.