BAKI, 15 yanvar - Sputnik. Yanvarın 16-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək - 771 mm civə sütunu, nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın əksər rayonlarında hava, əsasən, yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.
Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 11-16° şaxta, gündüz 2-7° şaxta olacaq. Dağlıq rayonlarda yollar buz bağlayacaq.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya bildirilib ki, yanvarın 16-da Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və iqlim normasına yaxın temperatur rejimi müsbət amil olsa da, tutqun və rütubətli hava şəraitinin davam edəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.