RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Britaniya MN Londonun Kiyevə Apaçi helikopterlərini verəcəyi xəbərini təkzib edib

“Mirror” müdafiə mənbəsinə istinadən xəbər vermişdi ki, Böyük Britaniya Ukraynaya “Challenger 2” tanklarını təhvil verdikdən sonra ona dördə qədər “Apaçi” hərbi helikopteri verəcək. Lakin qəzetin saytı artıq helikopterlərlə bağlı yazını silib.
Sputnik
BAKI, 15 yanvar — Sputnik. Böyük Britaniyanın Müdafiə Nazirliyi “Mirror” qəzetinin Londonun Kiyevi “Apaçi” hərbi helikopterləri ilə təmin edəcəyi ilə bağlı məqaləsini təkzib edib. Bu barədə Sky News-un müxbiri Debora Hayns bildirib.
Daha əvvəl nəşr müdafiə mənbəsinə istinadən xəbər vermişdi ki, Böyük Britaniya Ukraynaya “Challenger 2” tanklarını təhvil verdikdən sonra ona dördə qədər “Apaçi” hərbi helikopteri verəcək.

"Müdafiə Nazirliyi Böyük Britaniyanın Ukraynaya Apaçi hücum helikopterlərini göndərəcəyi ilə bağlı “Mirror” məqaləsinin yanlış olduğunu bildirib", - deyə Hayns Twitter-də yazıb.

Qəzetin saytı artıq helikopterlərlə bağlı yazını silib. Rusiya Ukraynaya silah tədarük etdiyi üçün bundan əvvəl NATO ölkələrinə nota göndərmişdi.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi isə bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə “odla oynayır”.
Öz növbəsində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ukraynaya Qərbdən silahların vurulması Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi təsir göstərəcək.