HADİSƏ

Salyanda minik avtomobili aşıb, 4 nəfər xəsarət alıb

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Sputnik
BAKI, 14 yanvar - Sputnik. Salyanın Aşağı Kürkənd kəndində “Hyundai” markalı avtomobil anidən idarəetmədən çıxıb və yolun kənarına aşıb.
“Report”un məlumatına görə, qəza nəticəsində Salyan şəhər sakinləri - 2005-ci il təvəllüdlü Kərəmov Qədim Faiq oğlu, 2007-ci il təvəllüdlü Məlikzadə Hüseyn İbad oğlu və qardaşı, 2003-cü il təvəllüdlü Məlikov Əliağa İbad oğlu və daha bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
HADİSƏ
Naxçıvanda 3 tələbə qız dəm qazından zəhərlənib