HADİSƏ

Naxçıvanda 3 tələbə qız dəm qazından zəhərlənib

Bu gün həmçinin Şəmkirdə 31 yaşlı qadın dəm qazından zəhərlənib.
Sputnik
BAKI, 14 yanvar - Sputnik. Naxçıvanda 3 tələbə qız dəm qazından zəhərlənib.
APA xəbər verir ki, Şərur və Culfa rayon sakinləri Aytac Əliyeva, Nərmin Əliyeva və Muasimə Abbasova Naxçıvan şəhərində kirayə qaldıqları evdə zəhərləniblər.
İlkin məlumata görə, zəhərlənməyə səbəb hamamda dəm qazının sızması olub. Zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri sabitdir.
Faktla bağla araşdırma aparılır.
Bu gün həmçinin Şəmkirdə 31 yaşlı qadın dəm qazından zəhərlənib.
Hadisə Muxtariyyə kəndində qeydə alınıb.
Rayon sakini, 1992-ci il təvəllüdlü Ələddinli Gülnar Rizvan qızı yaşadığı evin hamam otağında zəhərlənib.
Gülnar Ələddinli xəstəxanaya yerləşdirilib.