BAKI, 14 yanvar - Sputnik. Gürcüstan-Azəbaycan sərhədində zəlzələ qeydə alınıb.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd edilib ki, yeraltı təkanlar yerli vaxtla saat 12:36-da Zaqatala stansiyasından 29 km şimal-qərbdə qeydə alınıb.
Zəlzələ 3 km dərinlikdə baş verib, maqnitudası 4.3 bal gücündə olub.
Zəlzələ epsentirdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub.