ELM

BMT son səkkiz ili tarixin ən isti ili adlandırıb

Mütəxəssislərin fikrincə, hər il qlobal temperatur sənaye öncəsi səviyyədən 1 dərəcə yüksək olur.
Sputnik
BAKI, 14 yanvar — Sputnik. Yer kürəsində son səkkiz il müşahidələr tarixində ən isti il olub.
"Novıye İzvestiya" BMT-nin Ümumdünya Meteorologiya Təşkilatına istinadən bu barədə xəbər verib.
Mütəxəssislərin fikrincə, hər il qlobal temperatur sənaye öncəsi səviyyədən 1 dərəcə yüksək olur. Belə ki, 2022-ci ildə orta qlobal temperatur 1850-1900-cu il dövründən, təxminən, 1,15 dərəcə yüksək idi.
Eyni zamanda, La Ninyada üçüncü ildir davam edən soyuq hava səbəbindən keçən il tarix boyu ən isti il olmadığı vurğulanır.
Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) ekspertləri qeyd edirlər ki, atmosferdə istini saxlayan istixana qazlarının rekord səviyyələri nəticəsində qlobal istiləşmə və digər uzunmüddətli iqlim dəyişikliyi tendensiyaları davam edəcək.
Bundan əvvəl məlumat verilmişdi ki, ötən il dünya okeanının yuxarı qatlarında istiliyin həcmi rekord həddə - 255 zettacoula qədər yüksəlib. Okeanların suları hazırda iqlim dəyişikliyinin əsas əyləcidir.