BAKI, 13 yanvar — Sputnik. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu 3-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 781 mm civə sütunundan 777 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.
Şəhərətrafı yolların buz bağlayacağı ehtimalı var.
Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz olacaq. Lakin bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.
Havanın temperaturu 2-7° isti, dağlarda 3-8° şaxta olacaq.
Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.