BAKI, 13 yanvar — Sputnik. Macarlar Almaniyanın və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin siyasətindən "mədəni şok" keçiriblər.
"RİA Novosti" xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban "Kossuth" radiosunun efirində bildirib.
Onun sözlərinə görə, almanlar həmişə dəqiqliyi və praqmatizmi ilə seçiliblər. Macarıstanda əvvəllər almanların o cümlədən, tələsmədiklərinə və nə etdiklərini bildiklərinə inanırdılar.
"Biz hazırda onların nə etdiyini görürük, çünki Avropa Komissiyasının sədri almandır. Onlar sanksiyalarla uğursuzluğa düçar oldular, səhv hesabladılar, peşəkar nöqteyi-nəzərdən sona qədər hesablamağı bacarmadılar", - deyə baş nazir bildirib.
O qeyd edib ki, Macarıstan hakimiyyəti enerji qiymətlərinin artmasının yükünü vətəndaşların üzərinə qoymayıb. Bu isə ailələrə kommunal xərclərə təxminən 500 dollar qənaət etməyə imkan verib.
Bundan əvvəl Orban demişdi ki, Aİ-nin Rusiyaya qarşı sanksiyaların yanlış olduğunu etiraf etməyə cəsarəti yoxdur.