CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hirkan meşələrinin UNESCO-nun irs siyahısına salınacağı gözlənilir

Artıq bununla bağlı yekun sənədlər təqdim edilib və qarşı tərəfdən hər hansı etiraz bildirilməyib.
Sputnik
BAKI, 13 yanvar — Sputnik. Bu il üçün Hirkan meşələrinin UNESCO-nun irs siyahısına salınması istiqamətində müsbət nəticənin əldə olunması gözlənilir.
Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bununla bağlı son yekun sənədlər təqdim edilib və qarşı tərəfdən hər hansı etiraz bildirilməyib:
"Eyni zamanda palçıq vulkanları və Zaqatala qoruğu ilə bağlı beynəlxalq layihələr davam edir. Zaqatala-Balakən biosfer qoruğunun vətəndaşlar üçün daha əlçatan olması nəzərdə tutulur".