TƏHSİL

Bu tarixlərdə məktəblərdə qış tətili olacaq

Qeyd edək ki, qış tətilindən sonra ümumi təhsil müəssisələrində ilk iş günü 1 fevral 2023-cü il tarixidir.
Sputnik
BAKI, 13 yanvar — Sputnik. Ümumtəhsil müəssisələrində qış tətilinin vaxtı açıqlanıb.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, "Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli, 66 nömrəli qərarına əsasən, ümumi təhsil müəssisələrində 5 gün qış (27-31 yanvar) tətili müəyyən edilib.
Qeyd edək ki, qış tətilindən sonra ümumi təhsil müəssisələrində ilk iş günü 1 fevral 2023-cü il tarixidir.
Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.