RUSİYA

Zaxarova: Kiyev bu məsələdə uğur qazana bilməyəcək

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib ki, dini, fəlsəfi, tarixi ədəbiyyatda bunu həmişə dinə qarşı həddi aşmaq adlandırıblar.
Sputnik
BAKI, 12 yanvar — Sputnik. Ukrayna Pravoslav Kilsəsinin ziyarətgahlarının zəbt edilməsi və keşişlərinin vətəndaşlığının dayandırılması "din əleyhinə təhqirdir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Ukraynada insan haqları kobud şəkildə pozulmaqda davam edir, milyonlarla dindarın inanclarına iyrənc münasibət nümayiş etdirilir. Artıq məlumdur ki, Kiyev rejimi kanonik Ukrayna Pravoslav Kilsəsinin (UPK) ləğvi istiqamətində kurs götürüb", - Zaxarova cümə axşamı brifinqdə bildirib.
Onun sözlərinə görə, ruhanilər fiziki zorakılıqla hədələnir, həmçinin Kiyev onlara başqa üsullarla təzyiq göstərir.
"Milad bayramı ərəfəsində məlum oldu ki, Volodimir Zelenski öz fərmanı ilə 13 mitropolitin və UPK-nin arxiyepiskopunun vətəndaşlığını dayandırıb. Dini, fəlsəfi, tarixi ədəbiyyatda bunu həmişə dinə qarşı həddi aşmaq adlandırıblar. Bu belədir", - XİN-in rəsmi nümayəndəsi əlavə edib.
Zaxarova qeyd edib ki, Ukraynadakı pravoslavların əksəriyyətinin birləşdiyi UPK-ni məhv etməkdə Kiyev uğur qazana bilməyəcək.
2022-ci ildə Ukrayna hakimiyyəti ölkənin yaxın tarixində UPK-ə qarşı ən böyük təqib dalğasını təşkil edib. Ukraynanın müxtəlif vilayətlərinin yerli hakimiyyət orqanları onun Rusiya ilə əlaqəsinə istinad edərək, UPK-nin fəaliyyətini qadağan etmək qərarına gəliblər və onun Ukraynada faktiki qadağası ilə bağlı qanun layihəsi ölkə parlamentinə təqdim edilib. Ruhanilərin bəzi üzvlərinə qarşı sanksiyalar tətbiq edilir. Ukrayna Təhlükəsizlik Xidməti UPK ruhanilərinə qarşı cinayət işi açmağa, "əks-kəşfiyyat tədbirləri" keçirməyə başlayıb - yepiskop və keşişlərin, kilsə və monastırlarda, o cümlədən Kiyev-Peçersk Lavrasında axtarışlar apararaq, "anti-Ukrayna" fəaliyyətlərnin sübutları axtarmağa başlayıblar.