RUSİYA

Rusiyada hidrogenlə işləyən sərnişin qatarları işə salınacaq

Təkcə hidrogen komponentləri olan vaqonların deyil, həm də texniki xidmət və təmir üçün infrastrukturun yaradılması nəzərdə tutulur.
Sputnik
BAKI, 12 dekabr - Sputnik. Rusiyada hidrogenlə işləyən sərnişin qatarlarının buraxılması layihəsinin iştirakçıları, o cümlədən Rusiya Dəmir Yolları (RDY) və Transmaşholdinq (TMH) ilk qatarları 2025-ci ilin sonunda istismar etməyə başlamağı planlaşdırır. Bu barədə RİA Novosti şirkətlərin verdiyi şərhlərdən məlum olur.
İşləri Rusatom Overseas (Rosatomun strukturu), Rusiya Dəmir Yolları və Transmaşholdinq (TMH) həyata keçirir.
Söhbət hidrogen yanacaq elementlərində sərnişin qatarlarının yaradılmasından gedir.
TMH daha əvvəl bildirmişdi ki, onların fəaliyyəti 2024-cü ildə Saxalin vilayətində başlamalıdır.
Eyni müddət 2022-ci ilin iyununda Rusiya Dəmir Yolları rəhbərinin birinci müavini Sergey Kobzev tərəfindən Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun yerində təsdiq edilib.
O, bildirib ki, 2024-cü ilə qədər Saxalində hidrogenlə işləyən lokomotivlər peyda olacaq və şəhərətrafı sərnişin daşımalarını təşkil edəcək.

“Layihə “Tranmaşholdinq” ASC tərəfindən yeddi qatarın hazırlanması, istehsalı və təchizatını nəzərdə tutur. Xolmskda ilk iki qatarın nəzarət altında istismarı 2025-ci ilin dekabrında başlayacaq. 2027-ci ilin fevralında Yujno-Saxalinskdə beş qatardan ibarət ikinci partiyanın istismarına başlanacaq”, - deyə çərşənbə günü RDY-dən RİA Novosti-yə bildirilib.

Qeyd edilib ki, Saxalin üzərində hidrogen qatarlarının istismara verilməsi çox mürəkkəb və elmtutumlu layihədir.
O, təkcə hidrogen komponentləri olan vaqonların deyil, həm də onların avadanlığı, texniki xidməti və təmiri üçün xüsusi infrastrukturun, həmçinin hidrogen istehsalı müəssisələrinin və yanacaqdoldurma komplekslərinin yaradılmasını nəzərdə tutur.