RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Qərbin yeni silahları Rusiya üçün qanuni hədəfdir - Zaxarova

Ukraynadakı ABŞ və digər Qərb silahları, xidmət edən xarici hərbçilər Rusiya silahlı qüvvələrinin zərbələri üçün qanuni hədəflərdir.
Sputnik
BAKI, 12 yanvar — Sputnik. Qərbin Ukraynaya tədarüklə bağlı hazırladığı yeni silahlar Rusiya üçün qanuni hədəfdir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Ukraynadakı ABŞ və digər Qərb silahları, xidmət edən xarici hərbçilər Rusiya silahlı qüvvələrinin zərbələri üçün qanuni hədəflərdir. Əgər Qərb bundan xəbərsiz kimi davranırsa, bu, onların problemidir", - Zaxarova brifinqdə bildirib.
Ukraynaya silah tədarük etdiyi üçün Rusiya bundan əvvəl NATO ölkələrinə nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayır".
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukraynaya Qərbdən silahların göndərilməsi Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi təsir göstərəcək.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.