CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qazlaşmayan fərdi evlərlə bağlı şad xəbər

Qəsəbələrin ətrafında sonradan fərdi şəkildə inşa edilən kompakt ərazilər qazlaşmayan tək-tək fərdi evlər mövcuddurki, onların da bu il qaz xətlərindən qidalanması nəzərdə tutulub.
Sputnik
BAKI, 12 yanvar — Sputnik. "Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı və Bakıətrafı ərazilər tam qazlaşmış hesab olunur. Lakin qəsəbələrin ətrafında sonradan fərdi şəkildə inşa edilən kompakt ərazilər qazlaşmayan tək-tək fərdi evlər mövcuddur.
Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib.
Bildirilib ki, "Azəriqaz" İstehsalat Birliyi tərəfindən 2023-cü ilin planına əsasən qaz kəmərlərinin əsaslı təmiri, eyni zamanda da həmin ərazilərdə qazlaşmayan fərdi evlərin də həmin qaz xətlərindən qidalanması nəzərdə tutulub:
"Artıq bu işlərə start verilib. Lakin qeyd edək ki, son iki gündə hava şəraiti ilə əlaqədar olaraq bu işlərə müəyyən qədər fasilə verildi".