TƏHSİL

Məktəblərdə qış tətili nə vaxt olacaq

Respublikanın məktəblərində qış tətilindən sonra ilk dərs günü fevralın 1-nə təsadüf edəcək.
Sputnik
BAKI, 12 yanvar — Sputnik. Azərbaycanda məktəblilər 27-31 yanvar tarixlərində qış tətilinə çıxacaqlar. Bu, "Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri"ndə öz əksini tapıb.
Əmrə əsasən, dərs ili ərzində 5 gün payız (16-20 noyabr), 5 gün qış (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük əlavə yaz (1-5 may) tətili müəyyən edilib.
Beləliklə, respublikanın məktəblərində qış tətilindən sonra ilk dərs günü fevralın 1-nə təsadüf edəcək.