RUSİYA

Koronavirusun yeni ştamı yaxın qonşumuzda da aşkarlandı

Bu barədə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsinə Nəzarət üzrə Federal Xidməti yayıb.
Sputnik
BAKI, 12 yanvar — Sputnik. Koronavirusun "Omicron" ştamının alt variantı "XBB.1.5" və yaxud "kraken" ştamına ilk yoluxma qeydə alınıb. Sputnik Azərbaycan TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsinə Nəzarət üzrə Federal Xidməti ("Rospotrebnadzor") yayıb. Sözügedən ştama yoluxma Penza vilayətində qeydə alınıb.
Qeyd edək ki, "Kraken" variantı özünü əzələ ağrısı, şiddətli öskürək, boğaz ağrısı, baş ağrısı, yorğunluq, burun axması kimi simptomlarla büruzə verir. Bu variant artıq 74 ölkədə qeydə alınıb.
Xatırladaq ki, koronavirusun "Omicron XBB.1.5" ştamı yayılmasından Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə texniki mütəxəssisi Mariya Van Kerkhove vəziyyətdən narahat olduqlarını bildirmişdi.
"Omicron XBB.1.5" ştamının digər mövcud altvariantlardan daha ağır olub-olmaması bəlli deyil. Van Kerkhovenin sözlərinə görə, ÜST yeni ştamın ciddiliyi ilə bağlı analiz üzərində işləyir.
Azərbaycanın Səhiyyə Nazirliyindən isə Sputnik Azərbaycan-a bildiriblər ki, bu ştama hələ ki, ölkəmizdə rast gəlinməyib. Ştamın yayıldığı ölkələr arasında Azərbaycanın adı yoxdur.