BAKI, 12 yanvar — Sputnik. Avrasiya istiqaməti Rusiya üçün əsas istiqamətlərdən biridir. Azərbaycan isə Rusiyanın etibarlı tərəfdaşı kimi bu platformaya maraq göstərə bilər. Bunu Moskva Dövlət Universitetinin İnformasiya və Analitik Mərkəzinin eksperti Fərhad İbrahimov bildirib.
"Azərbaycan və Aİİ çox yaxşı əməkdaşlıq edə bilər. Gələcəkdə ölkəmiz bu təşkilatda xüsusi status ala bilər. Çünki Aİİ ölkələri Azərbaycan kimi nüfuzlu ölkənin təşkilata üzv olmasına səmimi maraq göstərirlər", - deyə İbrahimov qeyd edib.
Avrasiya Analitik Ekspertiza Mərkəzinin Azərbaycanla Aİİ arasında əməkdaşlığın perspektivlərinə həsr olunmuş tədbirində çıxış edən İqtisadiyyat və Menecment İnstitutunun direktoru, elmlər doktoru, professor Elşad Məmmədov qeyd edib ki, region ölkələri milli iqtisadiyyatların şaxələndirilməsi ilə bağlı ciddi problemlərlə üzləşirlər. Bu kontekstdə Aİİ platforması Azərbaycan üçün çox maraqlı ola bilər.