CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan 2023-cü ildə səyahət ediləcək ən yaxşı yerlər siyahısına düşdü

Jurnal qeyd edib ki, Qafqaz dağlarının Dubayı adlandırılan Azərbaycanın paytaxtı Bakı təzadlar şəhəridir.
Sputnik
BAKI, 12 yanvar — Sputnik. "Forbes" jurnalında 2023-cü ildə səyahət ediləcək ən yaxşı yerlər qeyd edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, səyahət ediləcək ölkələr sırasında Azərbaycan da yer alıb.
Qeyd edilib ki, Qafqaz dağlarının Dubayı adlandırılan Azərbaycanın paytaxtı Bakı təzadlar şəhəridir.
"Siz orta əsrlərə aid köhnə şəhərin divarlarının yanında parlaq Alov Qüllələrini və məscidləri tapa bilərsiniz. Bakı həm də Formula 1 yarışı olan Azərbaycan Qran Prisinin vətənidir, ona görə də əgər siz F1 azarkeşisinizsə, ən azı 2024-cü ilə qədər şəhər küçələrində yarışa çıxa bilərsiniz", - deyə məqalədə bildirilib.
Məqalədə həmçinin, Gürcüstan, Bolqarıstan, Rumıniya, İspaniya, Fransa, Çexiya, İtaliya, Almaniya kim ölkələr yer alıb.