BAKI, 12 yanvar — Sputnik. Rusiya ATƏT-dən kənarda qala bilməz, çünki Sovet İttifaqının hüquqi varisi kimi bu platformanı o yaradıb.
Bunu "Sputnik" radiosuna müsahibəsində M.A.Şoloxov adına Moskva Dövlət Humanitar Universitetinin Siyasət, Hüquq və Sosial İnkişaf İnstitutunun direktoru Vladimir Şapovalov qeyd edib.
Xatırladaq ki, ötən ilin yayında Kiyevdə Rusiyanın təşkilatdan çıxarılması barədə çağırışlar səslənsə də, ATƏT-in baş katibi Helqa Şmid bunun əleyhinə çıxış edib.
"ATƏT Kiyev və Vaşinqton arasında dialoq üçün nəzərdə tutulmayıb, bu dialoq mənasızdır, çünki Kiyev Vaşinqtonun tapşırığını yerinə yetirir. O, Moskva ilə Vaşinqton arasında dialoq üçün nəzərdə tutulub. Buna görə Kiyev və ya Vaşinqtonun Rusiyanı təşkilatdan kənarlaşdırmaq imkanı olsa belə, mənasızdır, çünki ATƏT bütün mənasını itirəcək", - deyə Şapovalov fikrini bildirib.
Onun sözlərinə görə, Rusiya üçün ATƏT-in mövcudluğu həm də ona görə mənasızdır ki, təşkilat tamamilə Vaşinqtona tabe olan bir quruluşa çevrilərək məzmununu itirib.