RUSİYA

Vladimir Putin İbrahim Rəisi ilə nə barədə danışıb?

Prezidentlər Suriyanın ərazi bütövlüyünün bərpası istiqamətində səylərini davam etdirəcəklərini bildiriblər.
Sputnik
BAKI, 11 yanvar - Sputnik. Rusiya və İran prezidentləri arasında telefon danışığı olub.
Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti İbrahim Rəisi telefon danışığı zamanı Suriya münaqişəsinin Astana prosesi çərçivəsində həllini müsbət qiymətləndiriblər.
Prezidentlər Suriyanın ərazi bütövlüyünün bərpası istiqamətində səylərini davam etdirəcəklərini bildiriblər.
İki ölkə rəhbəri, həmçinin energetika, nəqliyyat-logistika sahələrində layihələri müzakirə ediblər.