RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Vaqnerin yaradıcısı Soledarın ələ keçirildiyini açıqlayıb

Vaqner qrupunun yaradıcısı, iş adamı Yevgeni Priqojin bildirib ki, rus qırıcıları təslim olmaq istəməyən 500 ukraynalı əsgəri məhv edib.
Sputnik
BAKI, 11 yanvar - Sputnik. Vaqner qrupunun yaradıcısı, iş adamı Yevgeni Priqojin Soledarın tam azad olunduğunu təsdiqləyib. Onun sözlərinə görə, mülki şəxslər şəhərdən çıxarılıb. İş adamı aydınlaşdırıb ki, rus qırıcıları təslim olmaq istəməyən 500 ukraynalı əsgəri məhv edib.
Soledar Kiyev üçün strateji əhəmiyyət kəsb edir, o, Artemovsk-Seversk müdafiə xəttinin mərkəzində yerləşir. Burada Ukrayna hərbçiləri güclü müdafiə istehkamları qurmuşdular.
Soledarın azad edilməsi Artemovsk ilə Seversk arasında birbaşa tədarük yolunu kəsməyə, eləcə də şimal tərəfdən Artemovski mühasirəyə almağa imkan verəcək.
2022-ci ilin 24 fevralından Rusiya Ukraynada xüsusi hərbi əməliyyat keçirilir. Vladimir Putin bunu Donbasın azad edilməsinin və Rusiyanın təhlükəsizliyinə zəmanət verən şəraitin yaradılmasının son məqsədi adlandırıb.