BAKI, 11 yanvar — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Katibliyi Ermənistanda "Sarsılmaz Qardaşlıq-2023" təlimlərinin ləğvi ilə bağlı hələlik İrəvandan rəsmi bildiriş almayıb. Bunu KTMT-nin sözçüsü Vladimir Zaynetdinov bildirib.
Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib ki, ölkənin Müdafiə Nazirliyi KTMT-ni bu ölkədə təşkilatın "Sarsılmaz Qardaşlıq-2023" təliminin təlimlərinin keçirilməsinin məqsədəuyğun olmadığı barədə məlumatlandırıb. KTMT-nin birgə qərargahı bu məlumatı əldə etdiklərini və KTMT-yə üzv olan digər dövlətlərin ərazisində təlimlərin keçirilməsi ilə bağlı təkliflər hazırladıqlarını təsdiqləyib.
"Bu il bu təlimin Ermənistanda keçirilməsi əvvəlcədən təsdiqlənib. KTMT katibliyi təşkilatın müəyyən etdiyi prosedura uyğun olaraq bu təlimlərin ləğvi ilə bağlı Ermənistan tərəfdən rəsmi bildirişlər almayıb. Biz Ermənistandakı mövcud vəziyyətə anlayışla yanaşırıq. Bu isə KTMT-nin nəzərdə tutulan sülhməramlı təlimlərinin tam keçirilməsinə imkan verməyə bilər", - Zaynetdinov jurnalistlərə bildirib.
O, qeyd edib ki, KTMT-nin katibliyi və birgə qərargahı təşkilatın nizamnamə orqanları tərəfindən təsdiq edilmiş qoşunların döyüş hazırlığı planlarının tam həcmdə yerinə yetirilməsini təmin etmək üçün bütün səyləri göstərir.