NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft ABŞ-da ehtiyatlarda olan gözlənilməz artımdan sonra ucuzlaşır

Çərşənbə axşamı ABŞ Energetika Nazirliyi neft bazarı ilə bağlı proqnozlarını açıqlayıb.
Sputnik
BAKI, 11 yanvar — Sputnik. Çərşənbə günü səhər dünyada neftin qiymətləri ABŞ-da xam neft ehtiyatlarının güclü artımı ilə bağlı gözlənilmədən 1% ucuzlaşıb.
Bakı vaxtı ilə saat 6:50-yə olan məlumata görə, "Brent" markalı neftin mart fyuçerslərinin qiyməti 0,91% azalaraq bir barel üçün 79,36 dollara, "WTI"nin fevral fyuçersləri isə 1% azalaraq 74,35 dollara enib.
Amerika Neft İnstitutu (API) ölkədə kommersiya neft ehtiyatlarının yanvarın 6-na olan statistikaya əsasən həftədə dərhal 14,87 milyon barel artdığını bildirib. Halbuki analitiklər bunun əksini, 2,4 milyon barel azalacağını gözlədiklərini demişdilər.
Bundan əlavə, ötən günün axşamı ABŞ Energetika Nazirliyi neft bazarı ilə bağlı proqnozlarını açıqlayıb. Nazirlik 2023-cü ildə qlobal neft tələbi ilə bağlı proqnozunu gündəlik 100,48 milyon barelə endirib, 2024-cü ildə isə gündəlik istehlakı 102,2 milyon barel səviyyəsində gözləyir.
Cari il üçün ABŞ-da orta neft hasilatı proqnozu sutkada 70 min barel artırılaraq 12,41 milyon barelə çatdırılıb. Gələn il nazirlik gündəlik hasilatı 12,81 milyon barel səviyyəsində gözləyir.