RUSİYA

Hərbi xidmətə yararlı vətəndaşların Rusiyadan çıxışına məhdudiyyət qoyulmayıb - Kreml

Dmitri Peskov yanvarın 9-dan hərbi xidmətə yararlı vətəndaşların Rusiyadan çıxışına məhdudiyyət qoyulması ilə bağlı xəbərləri təkzib edib.
Sputnik
BAKI, 11 yanvar - Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yanvarın 9-dan hərbi xidmətə yararlı vətəndaşların Rusiyadan çıxışına məhdudiyyət qoyulması ilə bağlı xəbərləri təkzib edib.
"Bəli, bu, adi bir dezinformasiya, informasiya təxribatıdır, gəlin belə deyək", - o, sözügedən məlumatı şərh edərkən deyib.
Ukrayna KİV-i Respublika Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinə istinadən daha əvvəl yazmışdı ki, guya Rusiya Federal Təhlükəsizlik Xidməti bütün sərhəd idarələrinə “hərbi xidmətə hazır olması barədə rəyi olan "A", "B" və "V" kateqoriyalı vətəndaşların Rusiyadan kənara çıxışına məhdudiyyətlərin təmin edilməsi haqqında” əmr göndərib.
Peskov ilk dəfə deyil ki, etibarsız nəşrləri təkzib edir. Belə ki, bazar ertəsi Kremlin sözçüsü anonim Telegram kanallarında yayılan ölkədə qismən səfərbərliyin yeni dalğasına hazırlıq barədə məlumatları feyk adlandırmışdı. Mətbuat katibi internetdə yayılan materiallara böyük əhəmiyyət verməməyə çağırıb. O xatırladıb ki, bu cür məlumatların əsas mənbəyi Rusiya prezidentinin rəhbərlik etdiyi rəsmi hökumətdir.