AZƏRBAYCAN XƏBƏRLƏRİ

Güclü qara görə Cəlilabadın bəzi yaşayış məntəqələri işıqsız qalıb

Qar səbəbindən Cəlilabad-Yardımlı yolu bağlanıb. Nəticədə sözügedən kəndlərin rayonla əlaqəsi kəsilib.
Sputnik
BAKI, 11 yanvar — Sputnik. Güclü qar səbəbindən Cəlilabad-Yardımlı yolu bağlanıb, bəzi yaşayış məntəqələri işıqsız qalıb.
Cəlilabad rayonunda güclü qar bir sıra fəsadlar törədib. Belə ki, rayonun bəzi yaşayış məntəqələrində qarın hündürlüyü 30 santimetrə qədər çatıb.
Yerli sakinlərin sözlərinə görə, qar rayonun Buravar, Badamağac, Əsədli, Ləkin, Musalı, Şatırlı və digər kəndlərində avtomobillərin hərəkətində çətinliklər yaradıb.
Qar səbəbindən Cəlilabad-Yardımlı yolu bağlanıb. Nəticədə sözügedən kəndlərin rayonla əlaqəsi kəsilib.
Zəhmətabad kəndində elektrik xətlərinin qırılması nəticəsində bir sıra yaşayış məntəqələri işıqsız qalıb.
Hazırda rayonun ucqar dağ kəndlərində küləklə müşayiət olunan güclü qar yağışı daha intensiv şəkildə davam edir (Report).
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Cəlilabadda qarın hündürlüyü 35 santimetrə çatıb - FAKTİKİ HAVA