SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əli Əsədov Mixail Mişustinlə nəyi müzakirə edib?

Rusiya Federasiyasının Baş naziri Mixail Mişustinin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə telefon danışığı olub.
Sputnik
BAKI, 11 yanvar — Sputnik. Azərbaycanın Baş Naziri Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustin ilə telefon danışığında nəqliyyat və logistika sahəsində birgə layihələri və əməkdaşlığı müzakirə edib.
"Rusiya Federasiyasının Baş naziri Mixail Mişustinin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə telefon danışığı olub. Hökumət başçıları Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının aktual məsələlərini, nəqliyyat və logistika sahəsində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçiriblər", - məlumatda deyilir.
Bundan əlavə, Əsədov və Mişustin hökumətlərin gələcək təmaslarının qrafikini müzakirə ediblər.